Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

"Ermənistan qüvvələrini Qazaxın 4 kəndindən çıxarmağa razılaşdı" - Elçin Əmirbəyov

"Papa Fransiskin Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk". 

Xeberlent.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikanın "Servizo İnformazione Religiosa" agentliyinə müsahibəsində deyib. 

Prezidentin köməkçisi qeyd edib ki, Bakı ilə İrəvan arasında dialoq müxtəlif formalarda və müsbət ruhda davam edir: "Yadda saxlamaq lazımdır ki, iki il öncə sülh danışıqlarının və sülh müqaviləsi layihəsinin təşəbbüskarı məhz Azərbaycan olub və o vaxtdan bəri mühüm irəliləyişlər əldə edilib. Ən son müsbət irəliləyişlər ötən ilin sentyabr ayından sonra mümkün oldu - Azərbaycan öz suverenliyini və Qarabağ bölgəsi üzərində effektiv nəzarəti bərpa etdi.  Biz bu gün əminik ki, Ermənistanla birlikdə bütün qalan məqsədlərimizə siyasi vasitələrlə və nisbətən qısa müddət ərzində nail ola bilərik. İki həftə əvvəl Ermənistan öz qüvvələrini Qazaxın şimal-qərb bölgəsində işğalda qalan dörd Azərbaycan kəndindən çıxarmağa razılaşdı və biz ölkələrimiz arasında dövlət sərhədinə çevriləcək ikitərəfli delimitasiya və demarkasiya prosesinə başladıq. Paralel olaraq, Azərbaycan üç onillikdən bəri davam edən qanunsuz münaqişə və işğal nəticəsində dağıdılmış bütün ərazilərinin yenidən qurulması və bərpası istiqamətində genişmiqyaslı səylərini qətiyyətlə davam etdirir".

Diplomatın sözlərinə görə, ermənilər Azərbaycanın Qarabağ bölgəsindən öz qərarları ilə gediblər: "Bir sutka ərzində davam edən antiterror əməliyyatından dərhal sonra Ermənistanın bizə qarşı başlatdığı dezinformasiya kampaniyasına baxmayaraq, Azərbaycan yerli mülki əhaliyə oranı tərk etməməyi və cəmiyyətimizə dinc şəkildə inteqrasiya etməyi tövsiyə etmişdi. Gedənlərin bir çoxunu əslində Azərbaycanın həmin regionunda ermənilərin və azərbaycanlıların dinc yanaşı yaşamasına qarşı çıxan yerli qanunsuz separatçıların liderləri buna həvəsləndiriblər. Azərbaycan hakimiyyətinin əvvəl dəfələrlə bəyan etdiyi kimi, erməni və ya azərbaycanlı olmasından asılı olmayaraq bütün köçkün əhalinin öz evlərinə könüllü qayıtmaq hüququna qarşılıqlı əsasda hörmət edilməlidir. Unutmayaq ki, 1980-ci illərin sonlarında münaqişənin lap əvvəlində Ermənistanda 250 mindən çox mülki azərbaycanlı etnik təmizləməyə məruz qalıb.

...2020-ci ilin noyabr ayında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Azərbaycanın aidiyyəti qurumları tərəfindən xarici dövlətlərin qanunsuz işğalı altında olan və münaqişənin təsirinə məruz qalmış ərazilərdəki bütün mədəniyyət və dini abidələrin inventarizasiyası aparılıb. İki müharibədən sağ çıxan və zədələnənlər indi yenidən qurulur, lakin təəssüf ki, bir çox mədəniyyət və dini abidələr işğalçı qüvvələr tərəfindən tamamilə dağıdılıb. Qarabağda və əvvəllər işğal olunmuş digər ərazilərdə 67 məsciddən 65-i dağıdılıb.

Yuxarıda qeyd edildiyi kimi, biz Azərbaycanda Roma Papası Fransiskin, eləcə də dünyanın bir çox digər yüksək səviyyəli rəsmilərinin Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşması məsələsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk. Azərbaycan öz mədəni və dini müxtəlifliyi ilə fəxr edən dünyəvi ölkədir, burada əsrlər boyu müsəlmanlar, xristianlar, yəhudilər və digər konfessiyaların nümayəndələri bir-biri ilə harmoniya və dostluq şəraitində yaşayıblar. Biz qəti şəkildə inanırıq ki, ölkələrimiz arasında tezliklə bağlana biləcək sülh müqaviləsi nəinki dünyanın ən uzun və faciəli etnik münaqişələrindən birinə formal son qoyacaq, həm də ermənilərlə azərbaycanlılar arasında etimadın yaranmasına kömək edəcək və onların birgə yaşamasına imkan verəcək".